Kiyev Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro tranş alıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.
“ERA təşəbbüsü çərçivəsində Aİ-dən Ukraynanın dövlət büdcəsinə üç milyard avro daxil olub. Bu, Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən ilk vəsait tranşıdır”, - kabinet rəhbəri yazıb.
Onun sözlərinə görə, bu pullar prioritet büdcə xərclərinə yönəldiləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.