Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskini iki dövlət arasında mübahisəni həll etmək üçün qaz tranziti ilə bağlı danışıqlara dəvət edib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Belə görüş Slovakiya və digər ölkələrə Ukrayna ərazisindən qaz nəqlinin açıq müzakirəsi üçün yaxşı zəmin yaradacaq”, - Slovakiya hökuməti başçısının Ukrayna liderinə ünvanladığı məktubun mətnində qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Fitso Rusiya qazının Avropaya tədarükü məsələsində Ukraynasız işləmək imkanını açıqlamışdı. O əlavə edib ki, yerli enerji şirkəti SPP cari istilik mövsümünə əvvəlcədən hazırlaşıb və özünün yeraltı anbarlarını əvvəlcədən doldurub. Buna görə də, Bratislavada fövqəladə enerji halları zamanı təhlükəsizlik şəbəkəsi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.