AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bu ölkələrdən "ağıllı" avtomobillərin idxalına qadağa qoydu

  • + A
  • - A
  • Dünən, 21:10

    ABŞ bu ölkələrdən "ağıllı" avtomobillərin idxalına qadağa qoydu

    ABŞ prezidenti Co Baydenin administrasiyası milli təhlükəsizliyi kibertəhlükələrdən qorumaq məqsədilə Çin və Rusiyadan “ağıllı” avtomobillərin, eləcə də müvafiq aparat və proqram təminatı həllərinin idxalına qadağa qoyub.

    Bu barədə Ağ Evin saytında məlumat verilib.

    Nəşr qeyd edir ki, qadağa ABŞ-ni Amerikanın kritik infrastrukturuna və ictimai təhlükəsizliyinə təhlükə yaratmaqda davam edən kibercasusluqdan və Çinin müdaxilə əməliyyatlarından qorumağa kömək edəcək.

    "Ağıllı" avtomobillər Wi-Fi, Bluetooth, mobil və peyk rabitə modulları kimi İnternet üzərindən məlumat mübadiləsinə imkan verən sistemlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR