Gürcüstanın xarici işlər naziri Maka Boçoravşili yanvarın sonunda Ermənistana səfər edəcək.
Bu barədə Gürcüstan XİN Boçoravşili ilə Ermənistanın səfiri Aşot Smbatyan arasında keçirilən görüşdən sonra məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran cari məsələləri müzakirə edib, ölkələr arasında sıx strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd ediblər.
Gələn həftə Ermənistan-Gürcüstan iqtisadi komissiyasının hökumətlərarası iclasının keçiriləcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.