AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sağalmaz xəstəlikləri ilə bağlı Netanyahudan ilk açıqlama - "Ölmürəm"

  • + A
  • - A
  • 27-01-2025, 20:30

    Sağalmaz xəstəlikləri ilə bağlı Netanyahudan ilk açıqlama - "Ölmürəm"

    İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 27-də müttəhim olduğu 4000-ci işdə (Bezeq-Valla işi) yenidən ifadə verib.

    Bu, baş nazirin üç cinayət işi üzrə məhkəmədə yeddinci ifadəsi olub.

    Netanyahu sağalmaz xəstəlikdən əziyyət çəkdiyinə dair şayiələri təkzib edib. O, mediaya sızan bu şayiələrə münasibət bildirərək xatırladıb ki, səhhəti ilə bağlı ilk dəfə deyil ki, yalan məlumatlar yayılır. Nümunə olaraq o, bir neçə il əvvəl dərc olunmuş "Walla" saytındakı materialı göstərib. "Yeni heç nə yoxdur. Şayiələrə inanırsınızsa, demək olar ki, hər gün xəstəxanada oluram. Deyirlər ki, mən prostat xərçəngindən, mədəaltı vəzi xərçəngindən əziyyət çəkirəm, xəstəliyim sağalmazdır. Bunların hamısı tamamilə yalandır. Mən sağalmaz xəstəlikdən ölmürəm”.

    Xatırladaq ki, Netanyahunun işlərinə Qüds Rayon Məhkəməsi baxır, lakin təhlükəsizlik baxımından baş nazir Tel-Əviv Rayon Məhkəməsinin binasında təhlükəsiz otaqda ifadə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR