Vaşinqton səmasında təyyarə helikopterlə toqquşduqdan sonra iki yerə parçalanıb
Vaşinqton səmasında sərnişin təyyarəsi hərbi helikopterlə toqquşma nəticəsində iki yerə parçalanıb.
TASS-ın xəbərinə görə, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
Qeyd olunur ki, hava gəmisi Potomak çayında təxminən 2 metr dərinliyə batıb. Axtarış-xilasetmə işləri davam edir.
ABŞ Federal Aviasiya İdarəsinin məlumatına görə, Ronald Reyqan adına hava limanı yaxınlığında “Bombardier CRJ700” tipli sərnişin təyyarəsi və “Black Hawk” hərbi helikopteri toqquşub. CNN telekanalının Pentaqondakı mənbələrinin məlumatına görə, helikopter ABŞ Quru Qoşunlarına məxsus olub. Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə ən azı üç hərbçi olub. Hazırda 19 nəfərin həlak olduğu məlumdur.