AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Ordusu İordan çayının qərb sahilində əməliyyatları genişləndirib

  • + A
  • - A
  • Bu gün, 17:00

    İsrail Ordusu İordan çayının qərb sahilində əməliyyatları genişləndirib


    İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilinin şimalında hərbi əməliyyatının daha beş yaşayış məntəqəsinə qədər genişləndirildiyini açıqlayıb.

    Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

    "Təhlükəsizlik qüvvələri Samariyanın şimalında terrorun qarşısının alınması əməliyyatını davam etdirir, eyni zamanda İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edir", - məlumatda bildirilib.

    Qeyd olunub ki, Bisal briqadasının döyüş qrupu yanvar ayında 10 terrorçunun öldürüldüyü hava hücumundan sonra Tammunda fəaliyyətə başlayıb.

    Bundan əlavə, Ordu fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı qruplaşmalara qarşı üç hava hücumu həyata keçirdiyini təsdiqləyib.

    Xatırladaq ki, yanvarın 21-də İsrail Ordusunun mətbuat xidməti təhlükəsizlik qüvvələrinin Cenin şəhərinin “Dəmir Divar” adlandırılan ərazisində genişmiqyaslı əməliyyata başladığı barədə məlumat vermişdi. Yanvarın 27-də hərbçilər İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərm şəhərində əməliyyata başladığını elan ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR