Los-Ancelesdə D.Trampın deportasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib
Amerikanın Kaliforniya ştatı Los-Anceles şəhərində prezident Donald Trampın deportasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.
Bir qrup fəal Los-Ancelesdə mərkəzi küçələrdən birini bağlayıb, nəqliyyatın hərəkətinə mane olub.
Etirazçılar Meksika bayrağı ilə çıxışlar ediblər.
Donald Tramp rəhbərliyə gəldiyi ilk gündən Birləşmiş Ştatlarda yaşayan qanunsuz mühacirlərin ölkədən çıxarılmasına sərəncam verib.
Aksiya zamanı etirazçılar “heç kim qanunsuz” deyil şüarları səlsəndiriblər.
Birləşmiş Ştatlardan artıq Meksika, Kolumbiyaya və Qvatemalaya yüzlərlə mühacir deportasiya edilib.
Qeyd edək ki, Tramp qanunsuz mühacirətlə mübarizə məqsədilə, xüsusilə, Meksika ilə sərhədləri əlavə hərbi qüvvələri səfərbər etməklə gücləndirib.
O, birinci prezidentlik dövründə müdafiə nazirliyinin büdcəsindən Meksika ilə sərhədlərə divar çəkilməsi üçün milyardlarla dollar ayırmışdı.
Ekspertlər prosesinin Amerika Birləşmiş Ştatları üçün milyardla dollara başa gələcəyini bildiriblər.