ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ABŞ ordusunun fəaliyyətini qiymətləndirmək üçün Meksika sərhədinə səfər edib.
Bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Hərbçilərimizlə görüşmək və sərhəd təhlükəsizliyi əməliyyatlarını nəzərdən keçirmək üçün cənub sərhədinə doğru gedirik", - deyə Heqset bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.