AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsraildə ABŞ-yə dəstək aksiyası keçirilib

  • + A
  • - A
  • Bu gün, 11:19

    ABŞ-nin Təl-Əvivdəki əsas diplomatik ofisi qarşısında mitinq keçirilib. İsraildə ABŞ-yə dəstək aksiyası keçirilib

    AzadMedia.az xəbər verir ki, çox sayda israilli HƏMAS qruplaşması ilə atəşkəs razılaşmasının təmin edilməsindəki roluna görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib, onun lehinə şüarlar səsləndirib.

    Etirazçılar həmçinin Amerika prezidentini Qəzzada saxlanılan digər bütün girovları azad etməyə kömək etməyə çağırıblar.
    HƏMAS-ın 7 oktyabr hücumu zamanı təxminən 250 nəfər girov götürülüb. Ən azı üçdə birinin öldüyü güman edilsə də, təxminən 80 nəfər Qəzzada qalır. Qalanları ya evə buraxılıb, ya da cəsədləri çıxarılıb.

    Nümayiş İsrailin baş naziri Benyamin Netanyahu ilə Tramp arasında Ağ Evdə gözlənilən görüşdən bir gün əvvələ təsadüf edib.
    ABŞ-a yollanan Netanyahu Trampla keçirəcəyi görüşdə “Həmas üzərində qələbə”, İrana qarşı mübarizə və ərəb ölkələri ilə diplomatik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəyini bildirib. Trampla Netanyahu arasında görüş bu gün baş tutacaq.
    Bu, Trampın ikinci prezidentliyi müddətində xarici liderlə ilk görüşü olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR