Çindən ABŞ-yə qarşı qisas tədbiri
Çin Amerika Birləşmiş Ştatlarından idxal olunan bir sıra məhsullara görə rüsumu artıracağını elan edib.
AzadMedia.az xəbər verir ki, Birləşmiş Ştatlar Çinə ixrac etdiyi kömür və maye qaza görə 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları, pikaplar və bəzi idman avtomobillərinə görə 10 faiz rüsum verməli olacaq.
Rəsmi Pekin Trampın Çinə qarşı tətbiq etdiyi tarif artımına görə qisas tədbiri olaraq belə bir addım atıb.
Tramp Çindən idxal olunan məhsullara görə 10 faizlik rüsum tətbiq edib.
Bu barədə qərar bu gündən qüvvəyə minib.
Tramp bildirib ki, Çinə qarşı tədbiq edilən rüsumlar bu ölkə ilə olan ticarət defisiti və Çindən Birləşmiş Ştatlara axın edən fentanilə görədir.
Tramp nakotik maddə olan fentanilin Amerikada milyonlarla insanın ölümünə səbəb olduğunu bildirir.
Ağ Ev lideri, eyni zamanda, Meksika və Kanada məhsullarına görə rüsumların 25 faiz artırılmasına qərar vermişdi.
Lakin qarşı tərəflə danışıqlarından sonra bu qərar təxirə salınıb.