D.Tramp B.Netanyahu ilə görüşüb
ABŞ Donald Tramp və İsrail baş naziri Benyamin Netanyahu arasında gözlənilən görüş baş tutub.
AzadMedia.az xəbər verir ki, Ağ evdə baş tutan görüşdə iki müttəfiq gündəmdə olan mühüm məsələləri müzakirə ediblər.
Bu, Donald Trampın ikinci prezidentliyi müddətində xarici dövlət rəsmilərilə keçirdiyi ilk görüş olub.
Görüş zamanı Qəzza zolağında atəşkəsin gələcəyi və İsrail-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə yenidən təkan verilməsi məsələsi müzakirə edilib.
Görüş öncəsi Tramp media qarşısında çıxış edərək fələstinlilərə xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etmələri təklifini səsləndirib.