AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

USAID QAZAXISTANDA FƏALİYYƏTİNİ DAYANDIRIR

  • + A
  • - A
  • Bu gün, 12:28

    ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qazaxıstanda işini dayandırır.

    AzadMedia.az xəbər verir ki, bu barədə məlumatı "Kazinform" yayıb.

    Bildirilib ki, təşkilat adıçəkilən ölkədəki fəaliyyətinə rəsmi şəkildə yekun vurmağa hazırlaşır.

    Qazaxıstanda xarici sponsorlar, xüsusilə USAID tərəfindən ayrılan vəsaitlərin auditinin aparılması tələb edilib.
    Qazaxıstan KİV xəbər verir ki,parlamentin iclasında "Qazaxıstan Xalq Partiyası" fraksiyasının nümayəndəsi Məhərrəm Məhərrəmov bildirib ki, USAID ətrafında gedən qalmaqallar və söhbətlər fonunda yeni şok təfərrüatlar üzə çıxır.

    O qeyd edib ki, Ağ Evin rəsmi bəyanatında USAID-in onilliklər boyu "zərərli layihələr"i maliyyələşdirdiyi bildirilir. Bu bəyanatları nəzərə alaraq, milyardlarla vəsaitin Mərkəzi Asiyada daha hansı "xeyirxah" məqsədlərə yönəldildiyini öyrənmək lazımdır.

    M.Məhərrəmov vurğulayıb ki, Ədliyyə Nazirliyi və ümumilikdə hökumət qazaxıstanlı uşaqların bu cür zərərli "sponsor" layihələrindən müdafiəsini və təhlükəsizliyini təmin etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR