AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Trampla V.Putin arasında danışıqların təfərrüatları

  • + A
  • - A
  • Bu gün, 12:06

    ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlara başlamaq barədə razılığa gəlib.

    AzadMedia.az xəbər verir ki, bu barədə Ağ Ev lideri Putinlə apardığı telefon danışığından sonra xəbər verib.

    Tramp Kreml lideri ilə uzun və məhsuldar dialoq zamanı süni intellekt, Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı bir çox önəmli məsələyə toxunduqlarını qeyd edib.

    İki lider bir-birlərini öz paytaxtlarına səfərə dəvət ediblər.

    Tramp Putinlə keçirəcəyi təkbətək görüşün nə vaxt baş verəcəyini deməsə də, müxbirlərə verdiyi açıqlamada bu görüşün böyük ehtimalla Səudiyyə Ərəbistanında keçiriləcəyini qeyd edib.

    Bununla da 3 illik fasilədən sonra ABŞ və Rusiya arasında rəsmi səfərlər bərpa edilmiş olacaq.
    Tramp Putinlə əldə etdikləri sözlü razılıqdan sonra danışıqlar prosesinin dərhal başlayacağını deyib.
    Prosesə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio rəhbərlik edəcək.

    Tramp, Ukraynadakı müharibənin həddindən artıq uzun çəkdiyini və heç bir məna ifadə etmədiyini, hər iki ölkə, o cümlədən dünya üçün vaxt, resurs və can itkisilə nəticələndiyini qeyd edib.

    "Kütləvi və tamamilə lazımsız, ölüm və dağıntılarla yadda qalan bu müharibəyə son qoymağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək olsun!" - deyə Tramp sosial şəbəkə hesabında paylaşım edib.
    Tramp danışıqla bağlı təfərrüatları açıqlamasa da, bəzi nüanslara toxunub.

    O bildirib ki, Ukraynanın 2014-cü ildəm əvvəlki sərhədlərinə qayıtması ehtimalı azdır, onlar itirdikləri torpaqların bir hissəsini geri alsalar da, sülh naminə böyük güzəştlərə getməlidirlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR