Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Rusiya və ABŞ arasında, o cümlədən iki ölkə liderləri səviyyəsində mümkün danışıqlar üçün “ideal yer” adlandırıb.
Bu barədə Türkiyə lideri Ankarada Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib:
"Bu müharibə başa çatmalıdır. Mən bəyan etmişəm ki, ölkəmiz Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tənzimləmənin həyata keçirilməsi üzərində işləməyə davam edəcək. Biz inanırıq ki, belə bir tənzimləmə danışıqlara aparan prosesdə etimadın möhkəmləndirilməsinə xidmət edəcək".
Rusiya və ABŞ rəsmiləri arasında bir neçə ildən sonra ilk yüksək səviyyəli görüş çərşənbə axşamı Səudiyyə Ərəbistanının paytaxtında baş tutub və 4,5 saat davam edib. Onlarda Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak ediblər. Amerika tərəfini dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və prezidentin xüsusi elçisi Stiv Vitkoff təmsil ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.