AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ukrayna gərginliyi davam edir

  • + A
  • - A
  • 19-02-2025, 08:07

    ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-Rusiya arasında baş tutan danışıqlara reaksiyasını sərt tənqid edib.
    AzadMedia.az xəbər verir ki, MaroLaqoda jurnalistlərin suallarını cavablandıran Ağ ev lideri Zelenskinin danışıqlardan kənarda qaldığına görə küskün davranış nümayiş etdirməsini anlaya bilmədiyini deyib.

    Trampın sözlərinə görə, Kiyev 3 ildə bu danışıqlar prosesinin mərkəzində olduğunu, lakin müharibəni bitirmək üçün heç bir addım atmadığını deyib.
    O, həmçinin 2022-ci ilin fevralında başlayan müharibədə Kiyevi təqsirli bilib.

    "Eşidirəm ki, deyirlər, bizi danışıqlara dəvət etmədilər və s. Yaxşı, bəs siz üç ildir hər yerə dəvət alırsınız, 3 ildə müharibəni 100 dəfə bitirmək olardı və mən bilirəm ki, bu Kiyevin öz əlində idi. Birincisi, Ukrayna ümumiyyətlə bu müharibəyə başlamalı deyildi. Başlayıbsa da, sonrakı dövr ərzində çoxdan onu bitirməliydi"sitatın sonu.

    Trampın sözlərinə görə, Ukrayna, bu qədər torpaq itirmədən, can itkisi ilə üzləşmədən və məsələni qlobal miqyasa qaldırmadan konflikti rahatlıqla həll edə, Rusiya ilə saziş imzalaya bilərdi.

    Amerika prezidenti həmçinin bildirib ki, Ukrayna ABŞ-nin pulunun hara getdiyini izah etməli və ya qaytarmalıdır.
    Onun sözlərinə görə, Zelenski ABŞ-nin Ukraynaya ayırdığı pulun yarısının harada olduğunu bilmir.
    "ABŞ-nin Ukraynaya ayırdığı 350 milyard dolların haraya və necə xərcləndiyi açıqlanmalıdır."- Tramp deyib.
    Tramp müharibəni bitirmək üçün yaxşı fürsət əldə etdiklərini və bu fürsətdən yararlanacaqlarını qeyd edib. Tramp həmçinin Rusiyanın danışıqlarda sərgilədiyi mövqedən məmnun qaldığını bildirib.
    "Rusiyanın yanaşması təqdirəlayiqdir. Onlar müharibəni bitirmək, vəhşi barbarlığa son qoymaq istəyirlər. Budur ki, ABŞ və Rusiya ortaq fikirlərə sahibdir və bu sülh istiqamətində işimizi olduqca asanlaşdırır." - Tramp deyib. Avropa ölkələrinin Ukraynaya qoşun göndərmə perspektivi ilə bağlı suala cavab verən Tramp, belə bir ideanı sadəcə dəstəkləyəcəyini qeyd edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR