AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

V.ZELENSKİYƏ DAHA BİR PİS XƏBƏR

  • + A
  • - A
  • Bu gün, 11:14

    V.ZELENSKİYƏ DAHA BİR PİS XƏBƏR

    Ukrayna Ali Radası ölkə ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi prezident seçkilərinin elan ediləcəyinin mümkünsüzlüyünü bildirən bəyanatı qəbul edə bilməyib.
    Sənədin qəbulu üçün zəruri olan 226 səsdən 218-i toplanıb.

    AzadMedia.az xəbər verir ki, bəyanatda hərbi vəziyyət dövründə seçkilər təşkil edilərsə və keçirilərsə, seçki hüququnun bütün milli və beynəlxalq prinsiplərinə əməl edilməyəcəyi bildirilib

    “Ukrayna Prezidenti Volodimir Zelenski konstitusiyaya uyğun olaraq yeni seçilmiş prezident vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir”, - bəyanatda deyilir.

    ötən həftə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko bildirib ki, nəzəri cəhətdən bu il Ukraynada seçkilər mümkündür, lakin bunun baş verməsi üçün müharibə başa çatmalı və hərbi vəziyyət ləğv edilməlidir. Prezident isə bildirib ki, Ukraynada seçkilər çox vacibdir, lakin onlar yalnız müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçirilə bilər.

    V.Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb, 2924-cü il mayın 20-də onun səlahiyyət müddəti başa çatmalı idi. Lakin ölkədə ölkədəki hərbi vəziyyətlə əlaqədar Ukrayna hökuməti yeni seçkilər keçirməmişdi. 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar. Bu addımın səbəbinin ölkəni və milləti parçalamamaq məqsədi daşıdığı bəyan edilib.
    2024-cü il martın 31-də Ukraynada prezident seçkisi keçirilməli idi. Lakin V.Zelenski seçkilər üçün uyğun vaxt olmadığını bildirərək seçki kampaniyasını ləğv etmişdi.
    ABŞ Prezidenti Donald Tramp ötən həftə verdiyi açıqlamalarda Ukraynada seçkilərin keşirilməsinin zəruri olduğunu, seçkilərin vaxtının çatdığını bəyan etmiş, hətta vəzifədən getmədiyi üçün Zelenskini "diktator" adlandırmışdı. ABŞ mətbuatı isə Vaşinqtonun Zelenskiyə hakimiyyəti tərk edib, Fransaya getməyi tövsiyə etdiyini yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR