AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

V.Zelenski M.B.Salmanla görüşüb

  • + A
  • - A
  • 11-03-2025, 13:48


    Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında Səudiyyə Ərəbistanında baş tutan görüş barədə paylaşım edib .

    AzadMedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müsbət görüş keçirdiklərini bildirən Zelenski, “Ukraynanın gələcəyi ilə bağlı inamlı sözlər eşitmək çox vacib idi” deyə bildirib.

    Zelenski görüş zamanı müharibənin dayandırılması məhbusların azad edilməsi və davamlı sülhün bərqərar olunması barədə müzakirələr apardıqlarını deyib. Ukrayna prezidenti Məhəmməd bin Salmanın bu yöndə yüksək səy göstərdiyini deyərək ona təşəkkürünü bildirib.
    ABŞ və Ukrayna nümayəndə heyətlərinin bu gün Səudiyyə Ərəbistanında görüşərək müharibənin dayandırılması üsullarını müzakirə edəcəklərini xatırladan Zelenski, Ukraynanın bu danışıqlarda mövqeyinin tamamilə konstruktiv olacağını deyib.

    Zelenski həmçinin görüş zamanı ikitərəfli münasibətləri müzakirə etdiklərini və Səudiyyə Ərəbistanı tərəfinin Ukrayna ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək və sərmayə qoymaq istədiyini də bildirib.

    Qeyd edək ki, bugün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Abş və Ukrayna nümayəndə heyətləri görüşəcəklər.
    Görüş öncəsi Amerikanın xarici işlər naziri Marko Rubio, həm Rusiyanın, həm də Ukraynanın problemin hərbi yolla həllinin olmadığını başa düşməsi lazım olduğunu deyib.

    Rubio Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyanın 2014-cü ildən bəri nəzarət etdiyi ərazilər üzərində güzəştə getməli olduğunu və şərtlərlə razılaşdığı təqdirdə Abşnin Ukraynaya qarşı mövqeyinin dəyişə biləcəyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR