AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa Gürcüstana da lövbər salır: Zurabişvili ermənipərəstdir? - Gündəm…

  • + A
  • - A
  • 3-12-2018, 12:50

    Fransa Gürcüstana da lövbər salır: Zurabişvili ermənipərəstdir? - Gündəm…














    Artıq Fransanın bölgədə Ermənistandan sonra Gürcüstanın siyasi həyatında da, özünə yer edəcəyinin mümkünlüyü haqda danışılır.

    Cahan.info-nun siyasət şöbəsi yazır ki, Salome Zurabişvilinin hakimiyyətə gəlməsi, Cənubi Qafqazda Gürcüstanı Fransanın əsas partnyoruna çevirə bilər.

    Təbii ki, bundan istifadə edən Fransa bölgədə gedən siyasi proseslərin mərkəzində yer almağa çalışacaq.

    Əlbəttə, Ermənistanla sıx əlaqələri olan Fransanın Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycan baxımından o qədər də xoşagələn hal deyil.

    Bunun da səbəbi Ermənistan-Azərbaycan münaqişəsində Fransanın işğalçını - Ermənistanı dəstəkləməsidir.

    Salome Zurabişvilinin hakimiyyətə gəlməsi, Avropa İttifaqının, xüsusilə də Fransanın Gürcüstanda nüfuz dairəsini genişləndirə bilər. Fransa doğumlu yeni xanım prezidentin ermənipərəst olduğu barədə iddialar da səslənməkdədir.

    İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır.

    Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.

    Üçüncüsü, Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı.

    Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Vaşadze elektoratını fəallaşdıra bilmədi.

    Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı.

    Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu

    O ki qaldı, Azərbaycana, açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Vaşadzenin tərəfində idi. Çünki Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir.

    Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir.

    Çünki Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar.

    “Saakaşvili Gürcüstana yad adamdır”. Bunu BBC-nin Rusiya xidmətinə müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyib.

    “Mixail Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik.

    Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümü məsələsidir.

    Onun polis, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında aydın problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir.

    Bu ölkənin hazırda ehtiyacı olmadığı ən böyük şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”, – deyə o bildirib.

    O, bu seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib:

    “Bu, Avropa diplomatıyla sovet diplomatı arasındakı seçimdir. Bu həmçinin insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı Gürcü Arzusu arasındakı seçim idi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR