AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ÇİN MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİR

  • + A
  • - A
  • 25-04-2025, 15:10

    ABŞ-ÇİN MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİR

    ABŞ və Çin arasında gərgin ticarət münasibətləri daha da dərinləşir. Çin tərəfi ABŞ Prezidenti Donald Trampı açıq şəkildə xəbərdar edərək bildirib ki, əgər Vaşinqton doğrudan da münaqişəni bitirmək istəyirsə, tətbiq etdiyi “təktərəfli tariflərə” son qoymalıdır. Çin Ticarət Nazirliyinin sözçüsü Xə Yadonun sözlərinə görə, “zəngi bağlayan onu açmalıdır”.

    Tramp isə sərt ritorikasını davam etdirməklə yanaşı, “çox gözəl təhvil verilmiş Boeing təyyarələrini geri qaytaran Çini” ittiham edib və ABŞ-ın bundan zərər çəkdiyini vurğulayıb. Çin tərəfi isə bu addımı ABŞ-ın 145 faizə qədər yüksəltdiyi idxal vergilərinə cavab olaraq atdığını bildirib.

    Maraqlıdır ki, Tramp "danışıqlar aktivdir" desə də, ABŞ Maliyyə naziri Skott Bessent və Çin Xarici İşlər Nazirliyi bu bəyanatı təkzib edib. Hər iki tərəf, hazırda heç bir real danışıqların aparılmadığını təsdiqləyir.

    Eyni zamanda, Çin 80-dən çox xarici şirkətlə görüş keçirərək, ABŞ-ın tariflərinin Çindəki investisiya mühitinə təsirini müzakirə edib. Çin rəsmiləri xarici şirkətləri "krizi fürsətə çevirməyə" çağırır.

    Tramp isə öz platformasında yenidən Çini sintetik narkotik olan fentanilin ABŞ-a “tökməkdə” ittiham edib və bunun “minlərlə amerikalının ölümünə səbəb olduğunu” deyib.

    Hazırda ABŞ və Çin iqtisadiyyatları arasında soyuq rüzgarlar əsməyə davam edir. Hər iki tərəfin “yumşaq danışıb sərt addımlar atması” bu ticarət müharibəsinin yaxın zamanda bitməyəcəyini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR