İSRAİL QƏZZANI BOMBALAYIB
İsrail Fələstinin Qəzza Zolağı regionunda HƏMAS-a qarşı əməliyyatlar çərçivəsində daha bir neçə yeri bombalayıb.
Tərəflər arasında atəşkəs 1 ay əvvəl pozulub.
İsrail mart ayından etibarən Qəzzaya ərzaq və digər məhsul idxalını dayandırıb.
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı ərzaq ehtiyatının qurtarmaq üzrə olduğuna dair xəbərdarlıq edib.
Rəsmilər minlərlə fələstinlinin ac qalma riskinin olduğunu bildirib.
İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi 2023-cü ildə HƏMAS-ın İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsi, 251 nəfəri girov götürməsindən sonra başlayıb.
İsrailin daha sonra Qəzzanı bombalaması 51 mindən çox insanın ölümünə səbəb olub.
HƏMAS hazırda 24 girovu əlində saxlayır.
Qruplaşmanın rəhbərliyi bildirib ki, girovlar İsrail müharibəni dayandıracağı və Qəzzanı tamamilə tərk edəcəyi təqdirdə təhvil veriləcək.