ABŞ-İRAN ARASINDA 3-CÜ GÖRÜŞ OLACAQ
Omanın paytaxtı Maskatda Amerika Birləşmiş Ştatları ilə İran arasında nüvə proqramına dair növbəti görüş olacaq.
Budəfəki görüşdə potensial razılaşmanın texniki detallarının hazırlanması üçün hər iki tərəfdən ekspertlərin iştirak edəcəyi gözlənilir.
Bura İranın əlində nə qədər uran saxlaya biləcəyi, uranı hansı səviyyəyə qədər zənginləşdirə biləcəyi məsələlər də daxildir.
İran iddia edir ki, uranın zənginləşdirilməsi prosesinin saxlanılmasını onun üçün əsas məsələlərdən biridir.
Bir sıra müşahidəçilər hesab edirlər ki, İran artıq bir neçə nüvə başlığı istehsal edə biləcək həcmdə zənginləşdirilmiş urana sahibdir.
Amerika Birləşmiş Ştatları rəhbərliyi İranla bu barədə razılaşma əldə olunmazsa, bu ölkəyə hərbi müdaxilə edəcəklərini bildirib.
Birləşmiş Ştatlar rəhbərliyi İranı nüvə silahı konseptindən əl çəkməyə çağırıb.
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə bombası hazırlamaq niyyətində olmadığını deyib.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və tərəfdaşları ilə İran arasında nüvə proqramına dair sonuncu saziş 2015-ci ildə əldə olunub.
Lakin 2018-ci ildə Birləşmiş Ştatlar prezident Donald Tramp sazişi təktərəfli şəkildə tərk edib.