AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ

  • + A
  • - A
  • 28-04-2025, 10:46



    Pakistan və Hindistan arasında gərginlik sürətlə artır. Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində baş vermiş silahlı hücum nəticəsində 26 mülki şəxsin həyatını itirməsindən sonra Hindistan cavab olaraq İndus hövzəsində su axınını dayandıraraq Pakistana su göndərilməsinin qarşısını alıb.

    Musavat.com xəbər verir ki, bu hadisələr fonunda Türkiyə, içində SİHA-ların (silahlı pilotsuz uçuş aparatları) da yer aldığı hərbi texnika və silah-sursat daşıyan 6 ədəd hərbi yük təyyarəsini Pakistana göndərib.

    Silahlı toqquşmalar
    Qanlı hücumdan sonra tərəflər qarşılıqlı ittihamlarla çıxış edərək, uzun illər sonra ilk dəfə sərhəd bölgəsində açıq silahlı toqquşmaya giriblər. Regionda vəziyyətin gərginliyi davam edir. Həm Hindistan, həm də Pakistanın nüvə silahlarına sahib olması isə beynəlxalq ictimaiyyətin narahatlığını daha da artırır.

    Dünyanın gözü bu gerginlikte! Türkiye 6 uçak dolusu silah gönderdi

    Hücum turistlərin ölümü ilə başladı
    Hadisələr Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalgam bölgəsində 22 aprel tarixində baş verən silahlı hücumla başlayıb. Həmin hücum nəticəsində 26 turist həyatını itirib, çox sayda insan isə yaralanıb. Hindistan hücumda Pakistanı günahlandıraraq, İndus Suları Müqaviləsini dayandırıb və Pakistan diplomatlarını ölkədən çıxarmağa qərar verib. Eyni zamanda, Pakistana qarşı viza xidmətlərini də ləğv edib.

    Türkiyədən səssiz dəstək
    "Türkiyə" qəzetinin xəbərinə görə, Türkiyə Ordusu tərəfindən Pakistana göndərilən 6 hərbi yük təyyarəsində silah, raket və PUA-lar yerləşdirilib. Pakistanlı rəsmilər "Türkiyə səssiz, lakin əsl dəstək nümayiş etdirir. Bizi izləməyə davam edin" açıqlaması ilə Ankaraya təşəkkür ediblər.

    Hindistan və Pakistan ordusu qarşılıqlı atəş açır
    Son iki gündə Hindistan və Pakistan hərbçiləri arasında atışmalar davam edir. Hindistan Ordusu bildirib ki, Pakistan tərəfdən açılan atəşə cavab olaraq, gecə yarısı sərhəddəki Pakistan postlarına qarşılıq verilib. Pakistan tərəfi hələlik rəsmi açıqlama verməyib.

    Diplomatik böhran dərinləşir
    Hindistan Pakistan vətəndaşlarına verilmiş bütün vizaları ləğv edib, İslamabaddakı Pakistan diplomatik heyətinə məhdudiyyətlər qoyub. Pakistan isə Hindistanla bütün ticarət əlaqələrini dayandırıb, hava məkanını bağlayıb və İndus hövzəsinə ediləcək istənilən müdaxiləni “müharibə səbəbi” kimi qiymətləndirəcəyini bəyan edib.

    Kəşmir münaqişəsinin tarixi
    Kəşmir bölgəsi 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında mübahisəli ərazi olaraq qalır. Hindistan bölgənin bir hissəsinə, Pakistan isə digər hissəsinə nəzarət edir. 2019-cu ildə Hindistan Cammu və Kəşmirin yarı muxtar statusunu ləğv edərək birbaşa Yeni Dehliyə tabe etdikdən sonra tərəflər arasında gərginlik daha da artmışdı.

    Nüvə səviyyəli təhlükə
    İki nüvə dövlətinin qarşıdurması, regionda və dünyada ciddi narahatlığa səbəb olub. Son hadisələr diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxaracaq səviyyəyə çatıb. Beynəlxalq ictimaiyyət tərəfləri sakitləşməyə çağırsa da, vəziyyətin nə zaman sabitləşəcəyi hələ də məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR