ABŞ-dən Rusiya və Ukraynaya xəbərdarlıq
Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edə bilər.
Bu barədə ABŞ Dövlət Departamenti xəbərdarlıq verib.
Bildirilib ki, Vaşinqton tərəflərin öz maraqlarını sülhdən üstün tutmasını dəstəkləmir və gözləmə prosesi çox uzun çəkməyəcək.
Rusiya və Ukrayna həqiqi sülh razılaşmasında maraqlıdırsa, ən qısa müddətdə münaqişəyə son qoymaq üçün konkret təkliflər verməlidir.
İndi münaqişəyə son qoymaq üçün konkret təkliflər verməlidir.
bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brüs deyib.
O, dövlət katibi Marko Rubioya istinad edərək bildirib ki, bundan sonra necə hərəkət etmək prezidentin qərarıdır: “İrəliləyiş olmasa, biz bir vasitəçi kimi bu prosesdən geri çəkiləcəyik”, - deyə o, əlavə edib.