AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İfrat sağçıların populyarlığı artır

  • + A
  • - A
  • 30-04-2025, 08:23


    İfrat sağçıların populyarlığı artır

    Almaniyada “Forsa” institutunun sonuncu ictimai rəy sorğusunun nəticələri ifrat sağçı Almaniya üçün Alternativ partiyasının (AfD) reytinqinin yüksəlişinin davam etdiyini göstərib.

    sorğuya əsasən AfD 26 faiz səslə ilk dəfə Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialistlər İttifaqı (CSU) blokunu geridə qoyub. Hazırda CDU/CSU birliyi 24 faiz göstərici ilə ikinci sıradadır.

    Bu nəticə CDU-nun sədri Fridrix Mertsin gələcək kanslerlik ambisiyalarına ciddi zərbə kimi qiymətləndirilir. Partiya yeni kabinet üzvlərini təqdim etməsinə və ictimaiyyətdən dəstək gözləməsinə baxmayaraq, AfD-nin sabit reytinqi və son həftələrdə artan dəstəyi onun planlarına kölgə salır.

    Sosial Demokratlar Partiyası (SPD) və Yaşıllar Partiyası da reytinq itkiləri ilə üzləşib. SPD 14 faiz (−1), Yaşıllar isə 12 faiz (+1) göstəriciyə malikdir. Sol Partiya 10 faizlə (+1) vəziyyətini bir qədər yaxşılaşdırsa da, Liberal Demokratlar Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faizlik keçid baryerini aşa bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR