AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

VATİKANDA YENİ PAPA ÜÇÜN SƏSVERMƏ KEÇİRİLİB

  • + A
  • - A
  • 8-05-2025, 12:15

    VATİKANDA YENİ PAPA ÜÇÜN SƏSVERMƏ KEÇİRİLİB

    Dünyada 1,4 milyard katolikin gözü bu gün Vatikana dikilmişdi. Papa Franciscus-un 21 aprel tarixində vəfat etməsinin ardından Roma Papalığının taxtına oturacaq 267-ci liderin seçilməsi üçün keçirilən Konklavın ilk səsvermə turu nəticəsiz başa çatıb. Sistine Kapellasının məşhur bacasından qalxan qara tüstü bütün dünyaya bir mesaj verdi: Yeni Papa hələ seçilməyib.
    Latınca dualar və ilahilərlə müşayiət olunan mərasimdə 80 yaşdan aşağı olan 133 kardinal, Papa seçimi üçün müqəddəs and içərək Sikstin kapellasına daxil olub. “Extra Omnes” əmri ilə kənar şəxslər şapeli tərk edib, yalnız seçici kardinallar qalıb.
    İlk turun nəticəsini elan etmək planlaşdırılandan təxminən iki saat gecikməsi isə həm Vatikan içində, həm də bütün dünyada gərgin gözləmə anları yaradıb. Sabahdan etibarən gündə dörd dəfə olmaqla əlavə səsvermə raundları keçiriləcək və Papa seçilənədək bu proses davam edəcək. Bacadan nə vaxtsa ağ tüstü çıxacaq — bu isə yeni bir dövrün başlanğıcı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR