AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

S.Lavrov Rusiyanın Ukrayna planını açıqlayıb

  • + A
  • - A
  • 15-05-2025, 17:50

    S.Lavrov Rusiyanın Ukrayna planını açıqlayıb

    Rusiya Ukraynada qısamüddətli atəşkəsin razılaşdırılmasını qarşısına hədəf qoymur, əksinə, münaqişənin kökündə duran səbəbləri aradan qaldırmaqla davamlı sülhün bərqərar olmasına çalışır.

    Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik Klubun iclasında bildirib.

    "Rusiyanın mövqeyi atəşkəsin razılaşdırılması deyil, münaqişənin əsas səbəbləri aradan qaldırılmaqla Ukraynada uzunmüddətli sülhə nail olmağın zəruriliyindən ibarətdir", - o qeyd edib.

    Lavrov, həmçinin deyib ki, Ukraynada xarici hərbi mövcudluqdan qətiyyən söhbət gedə bilməz.

    "Ukraynanın hansı hərbi imkanlara malik olacağı heç də boş məsələ deyil. Burada hər hansı xarici hərbi iştirakdan söhbət gedə bilməz", - o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR