AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarkova hücumlar davam edir

  • + A
  • - A
  • 3-06-2025, 16:40

    Xarkova hücumlar davam edir


    Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov şəhərinə dronlarla zərbələr endirib.
    Yaşayış binasına düşən mərmi 1 nəfərin ölümünə səbəb olub.
    Ukrayna rəsmiləri Rusiyanın mülki infrastrukturu hədəfə aldığını bildiriblər.
    Zərbələr, eyni zamanda, avtomobillərə zərər vurub.
    Çerniqovda isə dron qalıqlarının binaların üzərinə düşməsi nəticəsində yanğın baş verib.
    Yanğın zamanı 1 nəfərin xəsarət aldığı deyilir.
    Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh üçün aparılan sonuncu İstanbul danışıqları da uğursuz olub.
    Tərəflər, təkcə, növbəti əsir mübadiləsinə dair razılığa gəliblər.
    Ukrayna Rusiyadan minimum 30 günlük qeyd-şərtsiz atəşkəs tələb etsə də, qarşı tərəf təklifi rədd edib.
    Prezident Zelenski türkiyəli həmakrı Rəcəb Tayyib Ərdoğanla telefonda danışdığını və tərəflərin 4 liderin – özü, Rəcəb Tayyib Ərdoğan, Donald Tramp və Vladimir Putinin iştirakı ilə sammitdə iştirak etməsini müzakirə etdiklərini deyib.
    Zelenski görüşə razılıq verdiyini və məhz bu cür formatda görüşdən sonra atəşkəsə nail ola biləcəyinə inandığını qeyd edib.
    Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR