Odessaya dronlarla zərbələr endirilib
Rusiya hərbi qüvvələri Ukraynanın Odessa şəhərinə dronlar və raketlərlə zərbələr endirib.
Yaşayış binaları və qadın xəstəxanasının vurulması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
İnfrastruktura zərər dəyib.
Rəsmilərin sözləriə görə, Rusiya Ukrayna şəhərlərinə gecə ilə, ümumilikdə, 500-ə yaxın dronla hücuma keçib.
Eyni zamanda, paytaxt Kiyev hücuma məruz qalıb, 4 nəfər yaralanıb.
Sakinlər zərbərlərdən qaçaraq metro dayancaqlarına sığınıblar.
Cəbhədə döyüşlərin getməsinə baxmayaraq tərəflər arasında İstanbul razılaşmasına əsasən, əsir mübadiləsi baş tutub.
Prezident Volodimir Zelenski, əsasən, yaralı və yaşı 25-dən az əsirlərin dəyişdirildiyini deyib.
Rusiya-Ukrayna müharibəsinin fəal mərhələsi 2022-ci ildə başlayıb.
Rusiya müharbə ərzində Ukraynanın 20 faiz ərazisinə nəzarəti ələ alıb.