AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Baş naziri Macarıstanda rəsmi səfərdədir

  • + A
  • - A
  • 11-06-2025, 21:00

    Gürcüstanın Baş naziri Macarıstanda rəsmi səfərdədir

    Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstana rəsmi səfəri başlayıb.

    Azadmedia.az Gürcüstanın Hökumət Administrasiyasına istinadən xəbər verir ki, İ.Kobaxidzeni macarıstanlı həmkarı Viktor Orban qarşılayıb. İki ölkənin dövlət himnləri səsləndirilib.

    "Rəsmi səfər çərçivəsində İ.Kobaxidze ilə V.Orban arasında təkbətək görüş planlaşdırılır. Həmçinin iki ölkənin hökumət üzvləri arasında ikitərəfli danışıqlar aparılacaq, bundan sonra Gürcüstan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

    İclasın sonunda Gürcüstan və Macarıstan Baş nazirlərinin birgə mətbuat konfransı keçiriləcək", - məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR