AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiya arasında görüş olacaq

  • + A
  • - A
  • Bu gün, 08:16

    Ukrayna Rusiya arasında görüş olacaq

    Ukrayna Rusiya və ABŞ arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Donald Trump öz sosial platforması Truth Social-da məlumat verib.
    Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksander Stubb, İtaliya Baş naziri Corcia Meloni, Böyük Britaniya Baş naziri Kir Starmer, Almaniya Federativ Respublikasının Kansleri Fridrix Mers, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və NATO-nun Baş katibi Mark Rütte ilə çox yaxşı bir görüş keçirdim. Görüş Oval Ofisdə davam edən iclasla yekunlaşdı.

    Görüş zamanı Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri müzakirə olundu. Bu zəmanətlərin müxtəlif Avropa ölkələri tərəfindən ABŞ-la koordinasiya şəklində təmin edilməsi nəzərdə tutulur. Hər kəs Rusiya/Ukrayna üçün SÜLHDƏN yaranan imkanlara görə çox məmnundur.

    Görüşlərin sonunda mən Prezident Putinlə əlaqə saxladım və Prezident Putinlə Prezident Zelenski arasında keçiriləcək görüşün (yer daha sonra müəyyən ediləcək) təşkilinə başladım. Həmin görüşdən sonra isə iki prezidentin və mənim iştirakımla Trilat (üçtərəfli görüş) keçiriləcək. Bir daha qeyd edim ki, bu, artıq dörd ilə yaxındır davam edən müharibə üçün çox yaxşı və erkən bir addımdır.

    Vitse-prezident JD Vance, Dövlət katibi Marko Rubio və Xüsusi Nümayəndə Stiv Vitkoff Rusiya və Ukrayna ilə koordinasiyanı həyata keçirirlər.

    Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!

    Görüş razılaşması haqqında ilk dəfə Frans Press Agentliyi tərəfindən xəbər verilib və Almaniya Kansleri Friedrich Merz-in açıqlamasına istinad olunub. Merz jurnalistlərə bildirib ki, “Amerika prezidenti Rusiya prezidenti ilə danışıb və razılığa gəlib ki, Rusiya və Ukrayna prezidentləri növbəti iki həftə ərzində görüşəcək.”

    Görüşün vaxtı hələ dəqiqləşməyib, lakin bu addım müharibənin sülh yolu ilə həllinə yönəlik diplomatik təşəbbüslərdə əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir. ABŞ və Avropa liderləri görüşün reallaşmasına dəstək verəcəklərini bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR