AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Hindistana səfər planlaşdırır

  • + A
  • - A
  • Bu gün, 17:00

    Zelenski Hindistana səfər planlaşdırır

    Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin Hindistana səfərinə hazırlıq üçün Nyu Dehli ilə işləyir.

    Bu barədə ANI agentliyinə Ukraynanın Cənubi Asiya respublikasındakı səfiri Aleksandr Polişuk bildirib.

    Diplomat xatırladıb ki, Hindistanın Baş naziri Narendra Modi əvvəllər Zelenskini Hindistana dəvət edib.

    "Tərəflər bunun üzərində işləyir. Biz onun mütləq Hindistana gələcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərimizdə böyük nailiyyət olacaq", - deyə Polisçuk hazırda dəqiq tarixin razılaşdırıldığını bildirib.

    Xatırladaq ki, avqustun 11-də Modi və Zelenski telefon danışığı apararaq, sentyabrda BMT Baş Assambleyası çərçivəsində təkbətək görüş təyin etmək barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR