AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“SPACEX”-İN “STARSHİP” TESTİ UĞURLU OLUB

  • + A
  • - A
  • Bu gün, 08:24

    “SPACEX”-İN “STARSHİP” TESTİ UĞURLU OLUB


    SpaceX-in nəhəng “Starship” raketi növbəti sınaq uçuşunu uğurla həyata keçirib. Texas ştatındakı Starbase kosmodromundan buraxılan raket kosmosa çıxaraq, ilk dəfə olaraq sınaq məqsədli peykləri — səkkiz ədəd maneken yükünü orbitə yerləşdirib.

    Bu, dünyanın ən böyük və güclü raketi üçün onuncu test uçuşu hesab olunur. NASA və SpaceX bu layihədən gələcəkdə astronavtların Aya qayıdışı üçün istifadə etməyi planlaşdırır. ABŞ kosmik agentliyi onilliyin sonuna qədər iki “Starship” vasitəsilə Ay səthinə astronavt endirməyi sifariş edib. Elon Maskın son məqsədi isə Marsa enişdir.

    Sınaq uçuşu ekipajsız keçirilib. Test zamanı raketin “Super Heavy” adlı güclü sürətləndiricisi eniş manevrini sınaqdan keçirərək Atlantik okeanına uğurla düşüb. “Starship” isə uçuşu davam etdirərək Hind okeanında planlaşdırılan eniş üçün orbitdə qalır.

    Son illər bir sıra uğursuz cəhdlərdən sonra əldə olunan bu nəticə xüsusi əhəmiyyət daşıyır. Yanvar və mart aylarında baş tutan sınaqlar havaya qalxdıqdan qısa müddət sonra uğursuzluqla nəticələnmiş, may ayında isə aparat idarəetməni itirərək parçalanmışdı. Bu dəfə şirkət sürətləndiricidə daha böyük və möhkəm stabilizator qanadları tətbiq edib.

    Xatırladaq ki, “Starship” ilk dəfə 2023-cü ildə sınaq uçuşunda partlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR