İSTANBULDA 50 NƏFƏR SAXLANILIB
İstanbul polisi tarixi Böyük Bazarda genişmiqyaslı əməliyyat keçirib. Qaçaqmalçılıqla bağlı araşdırmalar çərçivəsində 23 mağazaya basqın edilib, onlarla nəfər saxlanılıb.
Əməliyyat İstanbul Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilib. İlkin mərhələdə 10 nəfər qaçaq daş-qaş alverinə görə tutulub. Daha sonra aparılan reydlərdə əlavə 40 nəfər həbs olunub.
Polis ümumilikdə 135 zinət əşyası, min yüzdən artıq qiymətli metal külçəsi və 267 tarixi əşya aşkarlayıb. Qənimətin ümumi dəyəri 30 milyon dollardan çox qiymətləndirilir. Bundan əlavə, odlu silahlar və müxtəlif rəqəmsal materiallar da müsadirə olunub.
Son aylarda Böyük Bazar bir neçə dəfə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinDƏDİR.
Xatırladaq ki, Aprel ayında valyuta və qiymətli metal alveri ilə məşğul olan şirkət də pul yuyulması şübhəsi ilə yoxlanılmışdı.