AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Prezidenti ABŞ-yə səfər edib

  • + A
  • - A
  • Bu gün, 13:00

    Gürcüstan Prezidenti ABŞ-yə səfər edib

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili Amerika Birləşmiş Ştatlarına səfər edib.

    O, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

    Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılıb. Mixail Kavelaşvili həmçinin BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşəcək.

    Gürcüstan Prezidenti ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Trampın Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil etdikləri rəsmi qəbula da qatılacaq.

    Mixail Kavelaşvilinin ABŞ səfəri 21–26 sentyabr tarixlərini əhatə edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR