Gürcüstanda ötən gün keçirilmiş bələdiyyə seçkiləri üzrə bütün bülletenlər sayılıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə səslərin 81,689%-ni əldə edib.
Partiyanın Tbilisi meri postuna namizədi Kaxa Kaladze 71,61% səslə üçüncü dəfə şəhər meri seçilib. Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində də “Gürcü Arzusu”nun namizədləri böyük üstünlüklə qalib gəliblər.
Qeyd edək ki, yerli seçkilərdə seçicilərin 40,93%-i (1 438 116 nəfər) iştirak edib. Seçkilərə 12 siyasi partiya qatılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.