Ermənistanda rus hərbçini vuran şəxslə bağlı yeni MƏLUMAT
Ermənistanın Şirak vilayətinin sakini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusuna bıçaqla xəsarət yetirmək şübhəsi ilə tutulub.
Axar.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan sakini 22 yaşlı rusiyalı hərbçini bıçaqla yaralamaqda şübhəli bilinir.
Qeyd edilir ki, bıçaqlaşma hadisəsi martın 8-nə keçən gecə Gümrü şəhərində baş verib. Təqribən saat 01:30 radələrində Gümrü Tibb Mərkəzinə döş qəfəsində bıçaq yarası olan kişi gətirilib. Hüquq mühafizə orqanları müəyyən ediblər ki, zərərçəkən Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Racan Kajimirovdur.