AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko özündən sonra Belarusun prezidentinin kim olacağını açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 16:20

    Lukaşenko özündən sonra Belarusun prezidentinin kim olacağını açıqlayıb


    Belarus Prezidenti Aleksandr Lukaşenko özündən sonra ölkəyə kimin rəhbərlik edəcəyi ilə bağlı açıqlama verib.

    Dövlət başçısı Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, onun siyasi hakimiyyətdəki varisini Belarus xalqı seçəcək.

    “Xalq kimi seçsə, prezident də o olacaq. Sizə söz verirəm. Əgər hakimiyyət dəyişikliyindən bu qədər narahatsınızsa, bilin ki, xalq kimi seçsə, o da prezident olacaq. 1990-cı illərdə olduğu kimi. Axı 1994-cü ildə hakimiyyətə gələndə mənim nəyisə saxtalaşdırdığımı deyə bilməzsiniz. Məni xalq seçmişdi. İnsanlar əvvəlki hakimiyyəti rədd edərək məni seçdilər”, – deyə Lukaşenkonun sözlərini BELTA agentliyi sitat gətirib.

    Lukaşenko gələcək prezidentin də məhz seçkilər yolu ilə müəyyənləşəcəyini vurğulayıb.

    O, həmçinin hakimiyyətin ötürülməsi və ya hakimiyyət tranziti ilə bağlı müzakirələrə son qoymağa çağırıb.

    “Unudun bu hakimiyyətin ötürülməsi, hakimiyyət tranziti məsələlərini. Yəqin ki, hakimiyyətdən gedəndə mənim də müəyyən üstünlüklərim olacaq. Amma bunlar sizin düşündüyünüz üstünlüklər deyil”, – Belarus lideri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR