Əraqçi: İran Qətər və Pakistanın vasitəçiliyi ilə danışıqları davam etdirir

İran ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı Qətər və Pakistanın vasitəçilik səyləri çərçivəsində iki ölkənin xarici işlər nazirləri təkliflər mübadiləsini davam etdirirlər. Tehran diplomatik əlaqə kanallarını açıq saxlayır, eyni zamanda sanksiyalara və xarici təzyiqlərə qarşı tədbirlər görür.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib. Məlumatı Mehr agentliyi yayıb.
Əraqçinin sözlərinə görə, tərəflər arasında təkliflərin müzakirəsi normal prosesdir və irəliləyişə imkan yarada biləcək konkret ideya və təkliflər nəzərdən keçirilir.
“Əgər gələcəkdə irəliləyişə yol aça biləcək konkret ideyalar və ya təkliflər irəli sürülürsə, onlar müzakirə olunur”, – deyə nazir bildirib.
O vurğulayıb ki, danışıqlar İranın fəaliyyətinin bir hissəsi olaraq qalır və dayandırılmayıb. Bununla yanaşı, Əraqçinin fikrincə, hazırkı şəraitdə ölkə üçün daha təcili vəzifə rəqiblərinə sanksiyaların və təzyiqlərin Tehrana təsir göstərmək üçün effektiv vasitə olmadığını nümayiş etdirməkdir.
“Bizim məqsədimiz rəqiblərimizə İranın blokadaya alına bilməyəcəyini və ölkəmizə qarşı blokada tətbiq edə bilməyəcəklərini göstərməkdir”, – deyə İran XİN rəhbəri əlavə edib.
Əraqçinin bildirdiyinə görə, danışıqlar prosesi İran Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında fəaliyyət göstərən xüsusi mexanizm çərçivəsində də davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.