Dizayner, BƏƏ-nin Şərca əmirliyinin rəhbərinin oğlu şeyx Xalid bin Sultan Əl-Qasimi 39 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Sun” xəbər verib.
Mənbə bildirir ki, Əl-Qasimi Londondakı evində vanna otağının döşəməsində ölü vəziyyətdə tapılıb. Onun cəsədinin yanında şprislər aşkar olunub. Şeyxin əlinin qalstukla sarıldığı bildirilir. Əl-Qasiminin ölümünün əsl səbəbi məlum deyil.
Baş verənlərlə əlaqədar Şərca vilayətində üç günlük matəm elan olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.