AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DÖVLƏTİ CİNAYƏTDƏ SUÇLANAN DİPLOMATIN QARDAŞININ DA YOLU MTN TƏCRİDXANASINDAN KEÇİB…

  • + A
  • - A
  • Dünən, 14:41

    DÖVLƏTİ CİNAYƏTDƏ SUÇLANAN DİPLOMATIN QARDAŞININ DA YOLU MTN TƏCRİDXANASINDAN KEÇİB…

    Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi diplomat Ramiz Vəliyev həbs edilib.

    Gununsesi.info xəbər verir ki, diplomatın həbsi barədə mediada yayılan xəbərlərə görə, buna səbəb beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə üzə çıxan faktlar olub.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

    Bu arada məlum olub ki, Ramiz Vəliyevin vəkili onun qardaşı oğlu Adəm Məmmədovdur.

    Bu sensasion cinayət işinin nə yerdə olması ilə bağlı Gununsesi.info-nun əməkdaşı Adəm Məmmədovla əlaqə saxlayıb.

    Adəm Məmmədov məsələ ilə bağlı hələlik açıqlama vermək istəmədiyini bildirib:

    “Sözügedən məsələ ilə bağlı hələlik bir açıqlama vermək istəmirəm”

    Criminal.az-ın əldə etdiyi məlumata görə, R.Vəliyevin qardaşı Tofiq Vəıiyev da illər əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. T.Vəliyev 2001-ci ildə Astara gömrükxanasının yük şöbəsində böyük inspektor işləyərkən cinayət törədib. Ona qarşı MTN-in istintaq idarəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə məhkum olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR