Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.
2013-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Teymur Qarayev əvvəllər Xətai rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib.
Həmçinin, Teymur Qarayev digər bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb.
Baş Prokurorun digər əmrilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi *Tuqay Rəhimli Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi* vəzifəsinə təyin edilib.
2019-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə şəhər və Binəqədi rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib.
Bundan başqa, London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.