AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serj Sarkisyan erməniləri təşvişə saldı

  • + A
  • - A
  • 27-03-2017, 12:38

    Serj Sarkisyan erməniləri təşvişə saldı















    Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş ərazilərində hərbçilər qaşısında çıxışı zamanı işlətdiyi sözləri erməni mətbuatında təşvişlə qarşılanıb.

    İstiPress-in məlumatına görə, Sarkisyanın sözləri erməni KİV-ləri tərəfindən Qarabağ klanının istənilən yolla hakimiyyətdə qalmaq niyyəti kimi dəyərləndirilib.

    Serj Sarkisyan deyib: “Biz anlamalıyıq ki, 2 aprel (seçkilər günü - red.) oyun deyil, yalançı yanıltmaclar müsabiqəsi deyil. Biz anlamalıyıq ki, biz aprelin 2-də damların üstü ilə yaxşı tullananları deyil, xalqın mövcudluq hüququnun müdafiəçilərini, döyüş, hücum və lazım gələndə geri çəkilməyi əmr edə bilən komandanları seçirik. Biz bunu etməyi bacaran, yetərincə daxili qüvvəyə malik adamları seçirik”.

    Ermənistanda populyar olan “Lragir” portalı diqqəti Serj Sarkisyanın seçki prosesinə Dağlıq Qarabağdan müdaxilə etməsinə və təhlükəsizliklə bağlı məsələləri önə çıxarmasına yönəldib:

    “Bu məsələ artıq iyirmi ildir ki, hakimiyyətin formalaşdırılmasının əsasında durur, çünki onların cəmiyyətə təklif edəcəkləri ayrı sözləri yoxdur - nə iqtisadiyyatda, nə də ictimai həyatda. Yalnız təhlükəsizlik hədəsi qalır və onunla başqa sahələrdəki iflaslara bəraət qazandırılır”,- deyə portalın bu günkü sayında bildirilir.

    Sarkisyan hakim Qarabağ klanının hərbi elitası qarşısında etiraf edib ki, bütün bu oyunlar özü üçün baş nazir kimi ömürlük hakimiyyət kürsüsü təmin edilməsi ilə bağlıdır: "Əgər mənim rəhbərlik etdiyim siyasi qüvvə seçkilərdə qələbə çalarsa, mən də hansısa statusda rola malik olacam».

    Həmin status artıq indidən bəllidir, 2018-ci ildə Serj Sarkisyan prezidentlik müddəti bitəndən sonra baş nazir vəzifəsinə gətiriləcək. Bununla da Ermənistanda Qarabağ tiraniyası davam edəcək. Erməni milləti ölkələrini fəlakətə sürükləyən bu klandan yalnız silahlı üsyan yolu ilə xilas ola biləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR