AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Trampla görüşə bilmir - Səfirə qəzəbləndi

  • + A
  • - A
  • 30-08-2019, 13:22

    Paşinyan Trampla görüşə bilmir - Səfirə qəzəbləndi

    Avqustun 27-də Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirlərinin və konsulluq xidmətləri rəhbərlərinin illik toplantısı keçirilib. Görüşdə Baş Nazir Nikol Paşinyan da iştirak edib.

    “Qafqazinfo”nun “Qraparak” qəzetinə istinadən verdiyi xəbərə görə, hökumət rəhbəri çıxışı zamanı səfirlərin fəaliyyətini sərt şəkildə tənqid edərək diplomatları ölkə iqtisadiyyatı üçün heç bir iş görməməkdə ittiham edib. Belə ki, onun fikrincə səfirlər Ermənistana nə investisiya cəlb edə, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirə bilir. Bu yöndə onun əsas tənqid hədəfi isə Ermənistanın ABŞ-dakı səfiri Varujan Versisyan olub.

    Tədbirdə iştirak edən mənbənin sözlərinə görə, Baş Nazirin qəzəbinə səbəb investisiya qoyuluşunun olmamasında deyil, diplomatın Paşinyanla ABŞ-ın yüksək rəhbərliyi, xüsusilə də ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo ilə görüşlər təşkil edə bilməməsidir.

    Qeyd edək ki, Ermənistanın yeni hökuməti hələ də bugünə qədər ABŞ rəhbərliyi ilə görüşə bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR