AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meqan Markla görə kral ailəsini yeni — Qalmaqal gözləyir

  • + A
  • - A
  • 8-10-2019, 09:45

    Meqan Markla görə kral ailəsini yeni — Qalmaqal gözləyir

    Britaniya kral ailəsini yeni böyük qalmaqal gözləyir. Qalmaqalın baiskarı isə nə qədər təəccüblü olsa da, şahzadə Harridir. Hər şey şahzadənin Meqan Marklın atası Tomasa ünvanladığı əməktubu dərc etdirən KİV-i məhkəməyə verməyə hazırlaşmasından başlayıb. Məhkəmə işinin ilkin baxışı zamanı məlum olub ki, ifadə vermək üçün Meqanın atası Tomas da məhkəməyə dəvət olunacaq. Tomasın əhvalını nəzərə alsaq, məlumdur ki, o, Meqan haqqında heç də xoşagələn fikir səsləndirməyəcək. Ən pisi odur ki, məhkəməyə Meqan özü də dəvət olunmalıdır. Görünən odur ki, məhkəmədə baş verənlər əsl qalmaqala çevriləcək və Meqanın onsuz da yaxşı olmayan reputasiyasını tamamilə məhv edəcək.
    "Ölkə.Az" bildirir ki, bu barədə Mirror.co.uk nəşri məlumat verib.

    Qeyd etmək lazımdır ki, Meqan son dörd il ərzində atası ilə görüşməyib. İlk iki ili başı film çəkilişlərinə və şahzadə ilə sevgi görüşlərinə qarışıq olduğu üçün atasına ayırmağa vaxt tapmayan Meqan ailə qurandan sonra onunla münasibətləri tamamilə kəsib. Səbəb isə Tomasın qızının toyunda iştirak etməməsi olub. Meqanın işıq üzü görən həmin məktubu atasına ilk və son cavabı olub. Çünki Tomas bütün müsahibələrində qızını ikiüzlü, xeyirsiz övlad kimi qələmə verib.
    Tomas məhkəmədə necə müdafiə olunacağını da açıqlayıb. O deyib ki, qızının məktubunu “Mail on Sunday” nəşrinə Meqanın dostlarının təkidi ilə təqdim edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR