AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenskinin xanımı geyiminə görə tənqid olundu - Fotolar

  • + A
  • - A
  • 23-10-2019, 14:05

    Zelenskinin xanımı geyiminə görə tənqid olundu - Fotolar

    Ukraynanın birinci xanımı Yelena Zelenskaya Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində geyindiyi libasa görə müzakirələrə səbəb olub.

    Mərasimdən fotolarını instaqram hesabında paylaşan “first lady” əsasən, ölkənin ənənələrinə hörmətsizlikdə təqsirləndirilib. İş orasındadır ki, Prezidentin xanımı tədbir zamanı sarı rəngli uzun libas və eyni rəngli əlcəkdən istifadə edib. Yaponiyada isə sarı rəngdən bu cür mərasimlərdə yalnız imperatorun ailə üzvləri istifadə edə bilər.

    “Yaponiya imperatorunun ailəsinin bayrağı 16 ləçəkli sarı xrizantemdən ibarətdir. Buna görə sarı imperator ailəsinin rəngidir”, -deyə izləyicilərdən biri yazıb.

    Digər bir istifadəçi isə “Sarı rəng- bu, imperator ailəsinə münasibətdə hörmətsizlikdir! Bəlkə də Ukraynanın bu tarixi hadisədə ilk və sonuncu dəfə iştirak etməsidir” deyə yazıb.

    Qeyd edək ki, Y. Zelenskaya tez-tez geyim tərzinə görə tənqid olunur.


    Zelenskinin xanımı geyiminə görə tənqid olundu - Fotolar
    Zelenskinin xanımı geyiminə görə tənqid olundu - Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR