AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə-Naxçıvan sərhədi niyə bağlanıb?

  • + A
  • - A
  • 24-02-2020, 12:43

    Türkiyə-Naxçıvan sərhədi niyə bağlanıb?


    Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirib.

    E. Özoral APA-ya açıqlamasında bildirib ki, məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

    E. Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

    Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR