Cinsi istismar məqsədilə qız “almağa” gedənlər... – Şok hesabat
1990-cı ildən qarşımıza çıxan hesabat mətnlərində "cinsi istismara məruz qalan uşaq" ifadəsindən tez-tez istifadə olunur.
Əsasən, müharibə şəraitində yurdundan didərgin düşmüş uşaqların üzləşdiyi acınacaqlı vəziyyət dünya ictimaiyyətini narahat edən başlıca problemə çevrilib.
BMT-nin Uşaq Fondunun (UNİCEF) açıqladığı hesabatlara deyilir ki, ötən il 20 yaşdan aşağı 120 milyon qız cinsi zorakılığa məruz qalıb. Bəziləri ailədaxili cinsi zorakılığa məruz qaldığı üçün evi tərk edib. Bu zaman onlar insan alveri ilə məşğul olan qaranlıq şəbəkənin əlinə düşüb və cinsi istismara məruz qalıblar.
Uşaq cinsi zorakılığının ən çox yaşandığı dörd ölkə aşağıdakılardır:
Şri-Lanka
Hesabata görə, son illər dünyada uşaqlara qarşı ən çox cinsi zorakılıq faktı məhz bu ölkədə qeydə alınıb. Burada uşaqlara qarşı cinsi zorakılıq 64 faiz artıb. Şri-Lankada cinsi istismara məruz qalan 40 min uşaq var. Ölkədə qeydiyyatda olan uşaqların 6,4 faizi hamilədir. Ölkədə dözülməz şərtlərdə çalışdırılan uşaqların sayı da olduqca çoxdur.
Tailand
Bu ölkədə vəziyyət daha pisdir. Burada 16 yaşdan kiçik 800 min uşağın cinsi zorakılığa məruz qaldığı deyilir. Hər il təxminən 30-40 min uşağın Tailanddan xaricə satıldığı iddia edilir. Hətta xarici turistlərin bir çoxunun bu məqsədlərlə Tailanda üz tutduğu qeyd olunur.
Braziliya
Braziliya isə yarım milyondan çox uşaq istismara məruz qalır. Hesabatda qeyd edilib ki, ölkədə bir çox ailə özü uşağının bu sahədə çalışmasına məcbur edir.
ABŞ Bu ölkədə uşaqların cinsi istismarını bildirən rəqəm 600 mindən 2,4 milyona kimi ola bilər. Nyu-Cersi ştatında polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 16 nəfər 13 yaşdan kiçik uşaq insan alverçilərinin əlindən xilas edilib.
Telqraf.com