Təyyarədə qadınları cinsi təcavüzdən qorumaq üçün xüsusi oturacaqlar olacaq
Hindistanın "Air India" aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq.
Məqsəd qadınları təyyarədə zorlanmaqdan və cinsi təcavüzdən qorumaqdır.
"Air India" aviaşirkətinin rəhbərliyi belə qərar verib ki, yanvarın 18-dən etibarən onlara məxsus təyyarələrdə belə oturacaqlar ayrılacaq.
Hindistan mediası "Air India"nın bu qərarını dekabrın 21-də Mumbaydan Nyu Yorka uçan təyyarədə bir qadın sərnişin cinsi təcavüzə məruz qalmışdı.