AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sarkisyan Ermənistanı satışa çıxaracaq

  • + A
  • - A
  • 26-05-2017, 12:58

    Sarkisyan Ermənistanı satışa çıxaracaq

















    Ermənistan prezidenti ciblərə girməyə başlayıb

    Ermənistan Dövlət Gəlir Komitəsinin təxminən 500-ə yaxın işçisi işdən çıxarılma təhlükəsi ilə üz-üzə qalıb. İstiPress-in məlumatına görə, bu barədə “Joxovurd” (Xalq) erməni qəzeti yazır.

    Məlumata görə, yaxın günlərdə Komitənin 483 əməkdaşı işsiz qalacaq.

    “Hökumətin sonuncu iclası zamanı Komitə sədri Vardan Arutyunyan təklif edib ki, dövlət qurumunda struktur islahatları həyata keçirilsin. Bundan başqa, iqtisadi vəziyyət ağır olduğundan Komitənin nəzarəti altında olan gömrük məntəqələrinin bəzilərinin ləğv edilməsi planlaşdırılır”, - deyə qəzet yazır.

    “168jam” qəzeti isə yazır ki, zavod və fabriklərdə də vəziyyət ürəkaçan deyil. Bildirilir ki, bəzi müəssisələrin əmlakları satışa çıxarılıb.

    “Aprelin 28-də İrəvanda keçirilən hərracda “Nairit” zavodunun əmlakının bir hissəsi satışa çıxarılıb. Zavodun təxminən 2 milyon əmlakı satılıb”, - deyə erməni qəzeti yazır.

    “168jam” yazır ki, növbəti hərrac isə iyunun 9-da keçiriləcək. Bu dəfə isə 3 milyondan çox əmlakın satışa çıxarılması planlaşdırılır. Qəzet yazır ki, belə getsə Ermənistan satışa çıxarılabaq.

    Erməni KİV-də yayılan məlumatlara görə, dövlətin büdcəsində vəsait xeyli azaldığından hökumət ölkədə satılan siqaretlərin, kənd təsərrüfatı məhsullarının qiymətlərini xeyli qaldırmaq barədə qərar verib.

    “Sarkisyan xalqın cibinə girir. Qiymətləri qaldırır və bununla da vəsait əldə etməyə çalışır. Bu iqtisadiyyatı dirçəltməyəcək, əksinə məhvə edəcək”, - deyə “Joxovurd” yazır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR